Erməni hərbçi naməlum şəraitdə güllə yarasından ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 26-da saat 16:30 radələrində hələlik aydınlaşdırılmamış şəraitdə “N” saylı hərbi hissənin hərbi qulluqçusu Murad Qriqoryan ölümcül güllə yarası alıb”, - deyə məlumatda bildirilir.
Vurğulanıb ki, hadisə araşdırılır.
Son xəbərlər
Son Xəbərlər