Erməni tərəfi 10 hərbçisinin öldüyünü açıqladı

ermeni-terefi-10-herbcisinin-olduyunu-aciqladi
Oxunma sayı: 13930

“Hələ ki, itkilər haqda danışmaq üçün çox tezdir. Sözügedən məlumatlar ehtiyac olduğu təqdirdə yayımlanacaq”. 

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, bu haqda brifinq zamanı Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsun Ovanisyan danışıb. 

O, cəmiyyəti konkret rəqəmləri açıqlamaqda tələsməməyə çağırıb. 

Bundan əvvəl isə Qondarma “Dağlıq Qarabağ” rejiminin “Təhlükəsizlik Şurası”nın nümayəndəsi Samvel Babayan hərbi itkilərin 10 olduğunu açıqlamışdı. 

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.