Ermənilər onu Azərbaycana satılmaqda ittiham etdi - - Video

ermeniler-onu-azerbaycana-satilmaqda-ittiham-etdi-
Oxunma sayı: 3588


"Qafqazinfo" xəbər verir ki, moldovalı xanım “Dondurulmuş münaqişələr” ərazilərində insan hüquqlarının müdafiəsinə riayət edilməsi” mövzusunda çıxış edərkən Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsini, Xocalı faciəsini soyqırım, erməniləri isə işğalçı olmaqda ittiham edib.

İclası aparan erməni deputatı Davit Harutyunyan Moldovan xanımın sözünü kəsərək ona reqlamentə uyğun olaraq verilmiş 15 dəqiqə vaxtın bitdiyini bildirdi. Cavabında isə Aureli Qriqrori 3 dəqiqə vaxt istəmiş və sözünün kəsildyinə görə təəccüblənmədiyini bildirmişdir. Erməni deputatlar etiraz etdilər ki, bu mövzunun elmi konfransla heç bir əlaqəsi yoxdur. Xatırladaq ki,elmi konfrans İnsan hüquqlarının qorunması və təbliği ilə bağlı idi. Tədbirin sonunda isə erməni jurnalistlər təxribat xarakerli suallarla moldovalı Ombudsmana qarşı təzyiqlər etmiş və onu Azərbaycana satılmaqda ittiham edib. Bu suallar isə onu öz fikirindən döndərməyib.

BDU-nun Erməni Araşdırmaları ETL-nin böyük elmi işçisi: Tanrıverdi İsmayıl