Məlumatda bildirilirdi ki, Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndinin sakinləri kəndi boşaltmaq məcburiyyətində qalıblar.
Müdafiə Nazirliyi isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirmişdi ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır:
“Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”.
“Şərq qapısı” qəzetinin əməkdaşı Elnur Kəlbizadə Culfanın Ləkətağ kəndində olub. O, hadisə yerindən fotoları "Qafqazinfo"ya göndərərək kəndin boşaldılması ilə bağlı xəbərin əsassız olduğunu yazıb:
“Mediadakı bütün dostlarımıza bir vətəndaş, mətbuatda çalışan bir həmkar kimi demək istəyirəm. Mən bu gün Ləkətağda idim. Kənd də, sakinlər də, postlarımız da yerindədir. Kənddə olduğum 4 saatdan artıq müddət ərzində bircə güllə səsi də eşitmədim. İnsanlara “Kəndə hücum olubmu?” sualını verdikdə, “hansı kənd?” cavabını eşitdim. Və fikirlərimin sübutu olaraq, şəxsən çəkdiyim fotoları təqdim edirəm. Naxçıvanın bircə qarışına belə erməni ayağı dəyə bilməz. Fikirlərimə bəzək-düzək vurmaqdan çox uzağam. İstənilən jurnalist həmkarımızla bir daha kəndə getməyə hazıram”.
Son xəbərlər
Son Xəbərlər