Ermənistan dövlət sərhədində də atəşkəsi pozdu

ermenistan-dovlet-serhedinde-de-ateskesi-pozdu
Oxunma sayı: 5786

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.