“Ermənistan keçmiş səhvlərindən heç vaxt dərs almır!”
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında bildirib.
O bildirib ki, erməni tərəfi təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta xəbərlər yayır: “Ermənistan təxribatlara son qoymalı, əsir saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalı, 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.