Ermənistan Hava Yolları İrəvan - İstanbul birbaşa aviareysi açır

ermenistan-hava-yollari-irevan-istanbul-birbasa-aviareysi-acir
Oxunma sayı: 2006

Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.