Ermənistan ölən daha 51 hərbçinin adını açıqladı

ermenistan-olen-daha-51-herbcinin-adini-aciqladi
Oxunma sayı: 7569

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir. 

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 1-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.

Bildirilir ki, ermənilər daha 51 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 207 hərbçisinin öldüyünü etiraf edib.