Ermənistan ordusunun hərbçisi itkin düşüb

ermenistan-ordusunun-herbcisi-itkin-dusub
Oxunma sayı: 2513

Bu gün Ermənistan ordusunun hərbi qulluqçusu ilə əlaqə kəsilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib:

“Güclü qar və dumana baxmayaraq, başlanmış axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”.