Ermənistanda əsgər öldürülüb.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ovsep Qriqoryan hərbi hissələrdən birində aldığı güllə yarasından dünyasını dəyişib.
Ermənistanın İstintaq Komitəsi əsgərin ölümünə səbəb kimi digər hərbi qulluqçunun silahla ehtiyatsız davranmasını göstərib.