“Burada əsas olan “Real Madrid”dir. Məsələ mən deyiləm”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri kral klubunun baş məşqçisi Xabi Alonso ötən gecə Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətdən sonra deyib.
O, komandadakı gələcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Növbəti oyun barədə düşünürəm. Əsas məsələ komandadır, futbolçulardır və mənim onlara necə kömək edə biləcəyimdir”.
Qeyd edək ki, qarşılaşmadan əvvəl ispan mütəxəssisin məğlubiyyət olacağı halda istefaya göndərilə biləcəyi iddia olunurdu. Sözügedən oyunla “Real” bu mövsümdə Çempionlar Liqasında ilk dəfə evdə məğlub olub.
Hazırda Madrid klubu turnir cədvəlində 12 xal toplayaraq 7-ci sırada qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər