Estoniya Gürcüstanı sabiq prezident Mixail Saakaşvilinin xaricdə müalicəsinə icazə verməyə çağırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Estoniyanın xarici işlər naziri Urmas Reinsalu gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə telefon danışığı zamanı bildirib.
“Mən Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı narahatlığımı bildirdim və ona xaricdə müalicə olunmaq imkanının verilməsinə çağırdım”, - Reinsalu telefon danışığı ilə bağlı açıqlamasında qeyd edib.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.