Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4-dən 8,3-ə düşüb.
Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 2126-sı əkiz, 75-i isə üçəm olmuşdur.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (10,7), Lənkəran-Astara (10,2), Qarabağ (10,1), Şərqi Zəngəzur (10,0), Quba-Xaçmaz və Mil-Muğan (9,5), Qazax-Tovuz (9,2), Mərkəzi Aran və Şirvan-Salyan (9,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,3) yüksək olub.
Son xəbərlər
Son Xəbərlər