Yeni marşrut xətti açılır - 4 avtobus 15 dəqiqə intervalla işləyəcək

yeni-marsrut-xetti-acilir
Oxunma sayı: 695

Noyabrı 23-dən 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, yeni marşrut xətti Məhəmməd Hadi küçəsini (metronun “Həzi Aslanov” stansiyasının yaxınlığı) Kazımağa Kərimov küçəsi (Sabah City) ilə əlaqələndirəcək. 

“Bakubus” MMC-yə məxsus marşrut xəttində 4 avtobus 15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.