Bu gün Binəqədi rayonu, 7-ci mikrorayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.
Bu barədə "Qafqazinfo"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. Nazirliyin əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma aparılıb. Mütəxəssislər havaya yayılan qatı tüstü axını ilə əlaqədar havanının çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunə götürüb.
Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.
Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.


Son xəbərlər
Son Xəbərlər