Evə getməyə pul vermədikləri üçün söydü, həbs edildi

eve-getmeye-pul-vermedikleri-ucun-soydu-hebs-edildi
Oxunma sayı: 4531

Naxçıvanda xuliqanlıq edən Babək sakini həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə 42 yaşlı Əli Qafarov (şərti) yaşadığı kənddən Naxçıvan şəhərinə gəlib. Yeməkxanaların birində spirtli içki qəbul edib.

Daha sonra yeməkxanadan çıxaraq Əcəmi seyrangahına gedib. Orada gəzdikdən sonra evə getməyə pulu olmadığı üçün yaxınlıqdakı vətəndaşlardan pul istəyib. Heç kəs ona pul vermədiyindən əsəbiləşib, küçədə nalayiq ifadələr işlədib.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq nizam-intizama dəvət edib. Lakin o, hərəkətlərinə davam etdiyi üçün polislər onu məcburi qaydada bölməyə aparıblar.

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilib.

Naxçıvan Şəhər Məhkəməsi protokolu əsaslı hesab edərək Ə.Qafarova 13 gün inzibati qaydada həbs cəzası verib.

Amin Nəzərli