Əvəz Ələkbərovun oğluna vəzifə verilib

evez-elekberovun-ogluna-vezife-verilib
Oxunma sayı: 14865

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.

“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq Sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub.

Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Qeyd edək ki, Zaur Ələkbərov 2016-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifəsində çalışıb.