Əvəz Zeynallı azadlıqda - - Fotolar+Yenilənib+Video

evez-zeynalli-azadliqda-
Oxunma sayı: 4708


Dünən prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən məhbuslar bu gün azadlığa buraxılır.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, əfv edilənlər arasında hazırda fəaliyyət göstərməyən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı da var. Ə.Zeynallı Pentensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.

Əvəz Zeynallı artıq azadlığa buraxılıb. Onu cəzaçəkmə müəssisəsinin önündə ailəsi və jurnalistlər qarşılayıb.

***

Əvəz Zeynallı azadlığa çıxdıqdan sonra ilk açıqlamasını "Qafqazinfo"ya verib: "Hamını təbrik edirəm. Görüşəcəyik, inşallah".

O, həbsxanadan birbaşa evə gedib.

Murad Əhməd