Əvəz Zeynallı vəfat etdi - Yenilənib

evez-zeynalli-vefat-etdi
Oxunma sayı: 9063

Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu feysbukda paylaşım edib. 

Xatırladaq ki, 56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, S.Mənsur 63 b ünvanından çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb” .

Qeyd edək ki, mərhum jurnalist 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı aylarla Türkiyədə müalicə alıb.

Allah rəhmət eləsin!