Böyük Britaniya kralı Çarlz və kraliça Kamillanın evliliklərinin 20 illiyi tamam olub.
“Qafqazinfo” xəbər verir ki, onlar evlilik ildönümlərini İtaliyada rəsmi səfərdə olarkən qeyd ediblər.
Kral və kraliça yubiley münasibətilə Roma şəhərində yerləşən Britaniya səfirinin iqamətgahında kamera qarşısına keçiblər.
Qeyd edək ki, Kral III Çarlz və Kraliça Kamillanın toyu 2005-ci il aprelin 9-da baş tutub. Bu, hər ikisinin ikinci evliliyi olub.
Çarlz və Kamillanın tanışlığı 1970-ci illərin əvvəllərinə təsadüf edir. 1973-cü ildə Kamilla Endryu Parker Boulzla, Çarlz isə 1981-ci ildə şahzadə Diana Spenserlə evlənib. Bununla belə, onlar tez-tez görüşüb, telefonla danışırdılar. Çarlz və Diananın 1966-cı ildə boşanmasının səbəblərindən biri də Kamillanın olduğu deyilirdi.
İllər sonra onlar tez-tez ictimaiyyət qarşısında görünməyə başladılar və 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində münasibətlərini etiraf etdilər.