Fəlakətdən 45 gün sonra...

felaketden-45-gun-sonra
Oxunma sayı: 7358

Türkiyədə ötən ay baş verən zəlzələlərə görə dağılan bölgələrdə bərpa işləri davam etdirilir.

"Qafqazinfo" "Anadolu"ya istinadən xəbər verir ki, bölgədə artıq yeni evlərin tikintisinə başlanılıb.  

İlkin mərhələdə Kahramanmaraşda 18 mindən çox evin inşası planlaşdırılır.

Xatırladaq ki, fevralın 6-da baş vermiş ardıcıl güclü zəlzələlər nəticəsində 50 096 nəfər ölüb.