Fərid Hüseyn yeni kitabını təqdim etdi - Fotolar

ferid-huseyn-yeni-kitabini-teqdim-etdi
Oxunma sayı: 1707

Bu gün yazar, publisist Fərid Hüseynin Gənc Tamaşaçılar Tetarında yeni nəşr olunan “Bir də heç vaxt” adlanan şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Qafqazinfo” “A24.az”a istinadən xəbər verir ki, mərasimə şairin dostları, yazarlar və oxucular qatılıb.

Fərid Hüseynin yaradıcılığı və onu həmkarlarından fərqləndirən cəhətlərdən danışılıb. Şair, publisit Səlim Babullaoğlu qeyd edib ki, Fərid Hüseyn gənc olmasına baxmayaraq həm yaradıcılıq, həm də ictimai müstəvidə yetərincə rəngarəng yol keçib. Hazırda o çağdaş Azərbaycan şeirində formalaşan yeni xəttin ən uğurlu imzalarındandır.

Təqdimatda şair oxucular və qələm dostlarına yeni kitabını imzalayıb.