Fərid Məmmədov Azercell-in qonağı oldu

ferid-memmedov-azercell-in-qonagi-oldu-
Oxunma sayı: 661

“Azercell Telekom” MMC-nin ofisində baş tutan görüşdə Fərid Məmmədov və Azərbaycanın “Eurovision” üzrə əlaqələndiricisi Zəhra Bədəlbəyli iştirak ediblər. Azercell-in prezidenti Kiril Qaburiç və şirkətin əməkdaşları Azərbaycanın adını, musiqisini dünyaya tanıtdıran Fərid Məmmədovu bir daha təbrik ediblər, ona gələcəkdə daha böyük uğurlar arzulayıblar. Səmimi söhbət əsnasında “Eurovision” təmsilçiləri Azercell nümayəndələrini maraqlandıran sualları da cavablandırıblar. Görüşün sonunda Azercell tərəfindən Fərid Məmmədova dəyərli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Xatırladaq ki, “Azercell Telekom” MMC ötən il Bakıda keçirilən “Eurovision” yarışmasnın Baş sponsoru qismində çıxış edirdi. Bu il isə müsabiqə Azercell-in də aid olduğu TeliaSonera telekommunikasiya şirkətləri qrupunun dəstəyi ilə baş tutub. Azercell yarışma ərəfəsində müxtəlif əyləncəli layihələr icra edib, özünün 4 abunəçisini Malmöyə yarışmanın final mərhələsini izləməyə göndərib.