Fərid təqdimat keçirdi

ferid-teqdimat-kecirdi
Oxunma sayı: 769

Tədbirdə Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu, Cavanşir Yusifli, Qulu Ağsəs, Qismət və başqaları iştirak ediblər. İmza mərasimində öncə Səlim Babullaoğlu çıxış edib. O bildirib ki, F. Hüseyn müasir ədəbiyyatımızın, çağdaş şeirimizin gənc və istedadlı nümayəndəsidir: “Fəridin “... qandalı görməsin” adlı kitabı həbsxana xatirələrindən bəhs edir. Bu mətnlərin bir hissəsii dövri mətbuatda izləmişik. Bu gün də kitab şəklində sizlərə təqdim olunur. Yəqin ki, oxuyub hər bir yazı iləyaxından tanış olacaqsınız”.

Daha sonra tənqidçi Cavaanşir Yusifli çıxış edib. C. Yusifli Fəridi potensialı olan bir gənc hesab etdiyini bildirib: “Fəridin bir cəhətini mən xüsusilə qabartmaq istəyirəm ki, olmayan yerdən də nəsə yaza bilən biridir. Şair kimi dinamikası aşıb-daşan bir adamdır. O, hər sahədə yazmaq istəyən biridir”.

Daha sonra S. Babaoğlu F. Hüseynin kitabından bir neçə şeir səsləndirib.

E. Hüseynbəyli də kitabın işıq üzü görməsi münasibətilə F. Hüseyni təbrik edib: “Sənin bundan öncəki kitablarını oxumuşam. O cümlədən qafqazinfo.az saytında çap olunan “Zindan xatirələri”ilə də tanışam. Demək olar ki sənin yaradıcılığına bələdəm”.

Qeyd edək ki, sözügedən kitab “Gənclik” nəşriyyatında çap olunub. Kitabın redaktoru İlahə Ucaruh, Etimad Başkeçiddir. Üz qabığının müəllifi isə Etibar Lətiflidir.

F. Hüseyn “... qandalı görməsin” kitabını anasına ithaf edib.

Gülnar