Fəthiyyədə də yanğın başladı - Fotolar+Video

fethiyyede-de-yangin-basladi
Oxunma sayı: 3381

Türkiyənin Muğla vilayətinin Fəthiyyə rayonunda da meşə yanğını başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, rayonda meşəlik ərazidə başlayan yanğına hazırda müdaxilə edilir. Ölüdəniz məhəlləsi ərazisindəki yanğının səbəbi hələlik bilinmir.

Qeyd olunub ki, küləyin təsiri ilə yanğın qısa müddətdə geniş əraziyə yayılıb.