FHN bayram günlərində gücləndirilmiş rejimində çalışacaq

fhn-bayram-gunlerinde-guclendirilmis-rejiminde-calisacaq
Oxunma sayı: 187

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.