Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirlər Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirlərdə çıxış edənlər dünyaşöhrətli siyasətçi, dahi rəhbər Heydər Əliyevin mənalı həyat yolu və xalqımız qarşısında müstəsna xidmətlərindən söz açıb, əbədiyaşar ideyalarından danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, yeni qurulmuş müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən, cəmiyyəti isə dərin böhrandan qurtaran böyük xilaskarın müdrik siyasi fəaliyyəti nəticəsində ölkəmiz qısa müddət ərzində dinamik inkişaf yoluna qədəm qoyaraq beynəlxalq birliyin layiqli üzvünə çevrilib. Hər bir azərbaycanlı üçün əvəzsiz məktəb olan dahi rəhbərin mübarizə dolu həyat yolu və zəngin siyasi irsi yaddaşlarda daim yaşayacaq.
Tədbirlərdə bildirilib ki, Ulu Öndərin strateji inkişaf kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yeri və əhəmiyyətli siyasi çəkisi olan bir dövlət kimi tanınır, qəbul edilir.
Tədbirlərin sonunda Heydər Əliyevin təkrarsız həyat yolundan və titanik siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.










Son xəbərlər
Son Xəbərlər