FHN-in əməkdaşı dünya çempionu olub

fhn-in-emekdasi-dunya-cempionu-olub
Oxunma sayı: 1545

1-4 dekabr 2023-cü il tarixlərində Türkiyənin Bursa şəhərində Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nurlan Kərimov da olub.

+85 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və 3-cü dəfə Alpaqut döyüş növü üzrə dünya çempionatının birincisi olub.