Film çəkilişi üçün Bakıya gələn xanımını tək qoymadı - Foto

film-cekilisi-ucun-bakiya-gelen-xanimini-tek-qoymadi
Oxunma sayı: 6372

Hazırda Türkiyənin “Mehmed: Fetihler Sultanı” serialında oynayan aktyor Serkan Çayoğlu Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həyat yoldaşı, aktrisa Özge Gürel öz instaqram hesabında məlumat yayıb.

O, əri ilə paytaxtımızda çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.

Cütlük Heydər Əliyev Mərkəzini də ziyarət edib.

Qeyd edək ki, Özge Gürel Azərbaycan istehsalı olan “44” filminin baş qəhrəmanını canlandıracaq.

Xatırladaq ki, Özgü və Serkan “Kiraz mevsimi” serialında birlikdə rol alıb. Onlar uzunmüddətli münasibətdən sonra 2022-ci ildə ailə qurublar.