Finlandiyada azarkeşlər 3500 nəfərlik “Tehtaan Kentta” stadionunu yandırıblar.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Haka” komandasınin aşağı liqaya düşməsi olub.
Məlumata görə, hadisəni təxminən 15 yaşlı üç azarkeş törədib.
Qeyd edək ki, “Haka” sonuncu dəfə 2004-cü ildə liqanın qalibi olub. Komandanın ümumilikdə 9 çempionluğu var.
Son xəbərlər
Son Xəbərlər