Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi açıqlandı

fiziologiya-ve-ya-tibb-uzre-nobel-mukafatinin-qalibi-aciqlandi
Oxunma sayı: 2143

Bu gün İsveçdə Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi elan olunub.

“Qafqazinfo” xəbər verir ki, Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatına Katalin Kariko və Drew Weissman layiq görülüb.

Onlar bu mükafata COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərinə görə layiq görülüblər.