Formula 2-də birinci əsas yarışın qalibi müəyyənləşdi - Yenilənib

formula-2-de-birinci-esas-yarisin-qalibi-mueyyenlesdi
Oxunma sayı: 403

Bakıda Formula 2-də birinci əsas yarışa start verilib.

“Qafqazinfo” xəbər verir ki, 29 dövrədən sonra qalibin adına aydınlıq gələcək.

Qeyd edək ki, ikinci əsas yarış isə sabah saat 11:00-da başlayacaq. 

***

Formula 2 üzrə Azərbaycan Qran-Prisində birinci əsas yarış başa çatıb. “Rodin Motorsport” komandasının pilotu Aleks Dann birinci olub.

Onun komanda yoldaşı Martin Stenşorne ikinci, “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç isə üçüncü olub.