Fransada “Lion vağzalı” yanır - Video

fransada-lion-vagzali-yanir
Oxunma sayı: 1954

Fransanın ən böyük qatar stansiyalarından biri Lionda yanğın başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vağzalın yaxınlığındakı ərazidən insanlar təxliyyə olunub. Ehtimal edilir ki, yanğın qəsdən törədilib. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.