Fransada maska məcburi olacaq

fransada-maska-mecburi-olacaq
Oxunma sayı: 1313

Fransada qapalı məkanlarda maska taxmaq məcburi olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib. “İkinci dalğaya hazır olacağıq” deyən ölkə başçısı koronavirusa qarşı görülən tədbirlər çərçivəsində avqustun 1-dən etibarən bütün qapalı məkanlarda maska taxmağın məcburi olacağını qeyd edib.

O, bu qərarın səhiyyə mütəxəssiləri tərəfindən mütəmadi verilən tövsiyələr əsasında alındığını bildirib. Makron, həmçinin test sayının artırılacağını və koronavirus aşkarlanan şəxslərin ətraflarının daha yaxından izləniləciyini bildirib.