Fransada yeniyetmənin ölümündən sonra iğtişaşlar başlayıb

fransada-yeniyetmenin-olumunden-sonra-igtisaslar-baslayib
Oxunma sayı: 2072

Fransada yeniyetmənin bıçaqlı hücumdan sonra ölümü ilə bağlı iğtişaşlar başlayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı “France Bleu” radiostansiyası yayıb.

“50-100 nəfər olduğu təxmin edilən ifrat sağçı fəallar Roman-sur-Isère şəhərindəki Monet məhəlləsinin küçələrinə çıxıblar”, - məlumatda bildirilib.

Qeyd olunur ki, bəzi etirazçılar zibil qutularını aşırıb, konteynerləri yandırıblar. Nəticədə 20 nəfər saxlanılıb, onlardan üçü yaralanıb.

Məlumata görə, 16 yaşlı məktəbli noyabrın 19-na keçən gecə ölkənin cənub-şərqindəki Drom departamentinin Krepol kommunasında keçirilən festival zamanı öldürülüb.