Fransadakı aksiyalarda 300-dən çox etirazçı saxlanıldı

fransadaki-aksiyalarda-300-den-cox-etirazci-saxlanildi
Oxunma sayı: 725

Fransada pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox şəxs saxlanılıb.

“Qafqazinfo” Fransa mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb. 

Onlardan 258 nəfəri paytaxt Parisdə, digərləri isə ölkənin başqa regionlarında saxlanılıb. 

Onun sözlərinə görə, bəzi şəhərlərdə etirazçılar yerli prefekturaların binalarına hücum ediblər. 

Xatırladaq ki, Fransada senator və deputatlardan ibarət Müştərək Komissiya ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddəni qəbul edib. Bununla yanaşı, pensiya islahatının yekun mətni Senatda da qəbul edilib.