Fuad Osmanovun qızı II Yekaterina obrazında filmə çəkilir - Video

fuad-osmanovun-qizi-ii-yekaterina-obrazinda-filme-cekilir
Oxunma sayı: 5309

Xalq artisti Fuad Osmanovun qızı, Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aparıcı aktrisalarından biri Olqa Lerman “İmperatriçalar” sənədli-bədii filmində çəkilir.

“Qafqazinfo” xəbər verir ki, o, ekran işində II Yekaterinanı canlandırır.

Kinolent “I Pyotr. Sonuncu çar və birinci imperator” filminin davamıdır. Filmin rejissoru Andrey Kravçukdur.

Qeyd edək ki, O. Lerman 1988-ci ildə Bakıda anadan olub. Sənətdə ilk addımlarını Bakıda S. Vurğun adına Akademik Rus Dram Teatrı və Heydər Əliyev Sarayında atıb. O. Lerman Bakı Xoreoqrafiya Məktəbinə qəbul olunub, daha sonra təhsilini Krasnodarda davam etdirib və o vaxtdan Rusiyada yaşayır.

O, həmçinin Şukin adına Teatr Məktəbini bitirib, Moskva Akademik Satira Teatrında çalışıb. Bir neçə film və serialda rol alıb.