Füzulidə yanğın törədən şəxs saxlanıldı

fuzulide-yangin-toreden-sexs-saxlanildi
Oxunma sayı: 1762

Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğını  33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub.

Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Həmin şəxs polis əməkdaşarı tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.