Gecə növbəsində işləyirsinizsə...

gece-novbesinde-isleyirsinizse
Oxunma sayı: 2360

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudlaşdırmaq gecə növbəsində işləyən insanlarda ürək-damar xəstəlikləri riskini azaldır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında dərc olunan məqalədə deyilir.

Qeyd olunub ki, bu araşdırma ilə bağlı tədqiqatda 20 könüllü iştirak edib. Onlar işıq, saat və ya elektron cihazlara çıxışı olmayan xüsusi təchiz olunmuş laboratoriyalarda iki həftə vaxt keçirib. Bu şəraitdə onlar 32 saat oyaq olublar, ciddi şəkildə cədvələ uyğun qidalanıblar.

İştirakçılar iki qrupa bölünüb. Birinci qrup adi gecə növbəsi işçiləri kimi gecələr yemək yeyib, ikinci qrup isə gecələr oyaq olsalar da, yalnız gündüzlər yemək yeyib.

Həmçinin könüllülərin yuxu rejimi eyni qalıb, bu da elm adamlarına yemək vaxtını əsas amil kimi müəyyən etməyə imkan verib.

Beləliklə, nəticələr gecə yemək yeyənlərin qan təzyiqinin yüksəldiyini və qan laxtalanma riskinin artdığını göstərib.

Bununla belə, gün ərzində yemək yeyən iştirakçılar təhlükəli dəyişikliklərlə bağlı riski altında olmayıblar.

Məqalədə deyilir ki, gecə işinin ürək-damar sisteminə mənfi təsiri çoxdan məlumdur və ilk növbədə sirkadiyalı ritmlərin pozulması ilə əlaqələndirilir.

Lakin yeni araşdırmalar təsdiq edir ki, sadə pəhriz vaxtının tənzimlənməsi gecə növbələrində işləyənlərin ürəklərini qorumağa kömək edir.