Gədəbəydə polis yol qəzasında həlak oldu

gedebeyde-polis-yol-qezasinda-helak-oldu
Oxunma sayı: 2763

Gədəbəydə polis əməkdaşı yol qəzasında həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə saat 17 radələrində qeydə alınıb.

Xidmət vaxtı “Niva” markalı avtomobillə hərəkətdə olan 27 yaşlı polis nəfəri Cahan Orucov qəza keçirib. 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü C.Orucov həlak olub. 

Faktla bağlı araşdırma aparılır.