Gələn il üçün ehtiyac meyarı 270 manat olacaq

gelen-il-ucun-ehtiyac-meyari-270-manat-olacaq
Oxunma sayı: 1832

Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.