Təmsilçilərimiz “Avroviziya”nın açılışında - Fotolar

temsilcilerimiz-avroviziyanin-acilisinda
Oxunma sayı: 2610

Mayın 5-də İsveçin Malmö şəhərində “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin təntənəli açılış mərasimi baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə ölkə təmsilçiləri firuzəyi xalıdan keçiblər. 

Açılış mərasimində Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov da iştirak ediblər. 

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.