“Qarabağ”dan son 25 ilin rekordu

qarabagdan-son-25-ilin-rekordu
Oxunma sayı: 2401

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub. “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib.

Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.