Bayramovla Mirzoyanın görüş tarixi açıqlandı

bayramovla-mirzoyanin-gorus-tarixi-aciqlandi
Oxunma sayı: 1939

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşün tarixi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” hesabında açıqlayıb.

Məlumata görə, nazirlərin görüşü mayın 10-da baş tutacaq.