Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi

veten-muharibesi-qehremaninin-qardasi-vefat-etdi
Oxunma sayı: 3106

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin qardaşı Taleh Əkbərov dünyasını dəyişib. O, Biləsuvarda qardaşının məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.