Gənc hüquqşünas alim Natiq Əsgərov təbliğata başladı

genc-huquqsunas-alim-natiq-esgerov-tebligata-basladi
Oxunma sayı: 7327

85 saylı Şamaxı seçki dairəsi üzrə deputatlığa namizəd, gənc hüquqşünas alim Natiq Fərhad oğlu Əsgərov təbliğat-təşviqat kampaniyasına start verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı N. Əsgərov sosial şəbəkədə paylaşım edib.

“İnanırıq ki, Şamaxı da bizi layiqli hesab edir və ümid edirik ki, bütün seçicilər səsvermədə fəal iştirak edərək layiqli namizədə səs verəcəkdir. Vətənə, millətə, dövlətə xeyirli-uğurlu olsun!”, - deyə namizəd qeyd edib.

Natiq Əsgərov kimdir?

04.05.1984-cü il tarixində Şamaxı şəhərində anadan olub.

Orta təhsili Şamaxı şəhəri S.M.Qənizadə adına 1 nömrəli tam orta məktəbdə və Bakı şəhəri 20 saylı məktəb-liseydə almışdır.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün dövlət xətti ilə Türkiyə Respublikasına göndərilmiş və Ankara Universitetinin Hüquq fakültəsinin doktorantura pilləsini bitirərək “hüquq doktoru” elmi dərəcəsi almışdır.

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosentidir.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimidir.

Vəkillər Kollegiyasının üzvü, vəkildir.

Konstitusiya Məhkəməsində ekspert kimi iştirak edir.

Beynəlxalq və respublika səviyyəli elmi-praktik konfrans, seminar və simpoziumlarda dəfələrlə elmi məruzələrlə çıxış etmişdir.

Beynəlxalq və respublika səviyyəli elmi jurnallarda çoxsaylı elmi məqalə və tezisləri dərc edilmişdir.

İngilis, rus və türk dillərini bilir.

Bitərəfdir.

Ailəlidir, iki övladı var.