Gənc qadın küçədə öldürüldü - Foto - Yenilənib

genc-qadin-kucede-olduruldu
Oxunma sayı: 12905

Bu gün Zaqatala şəhərində qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin mərkəzində Aygün Həşimova adlı qadın küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Hazırda hadisə yerində araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 24-ü saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.