Gəncə şəhəri Nizami prospektində yerləşən Gəncə İdman Sarayında tüstülənmə olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 24-də qeydə alınıb. Binanın 3-cü mərtəbəsi ilə dam örtüyü arasında təmir işləri görülən zaman direl alətindən istifadə nəticəsində hasardaxili membrana qığılcım düşüb. Nəticədə tüstülənmə olub.
Baş verə biləcək yanğının qarşısını alarkən idman sarayının 4 nəfər əməkdaşı tüstüdən zəhərlənib.
Onlar Gəncə şəhər 3 saylı xəstəxanaya aparılıblar. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.