Sabunçuda “Bahar festivalı” adlı tədbir keçirildi - Fotolar

sabuncuda-bahar-festivali-adli-tedbir-kecirildi
Oxunma sayı: 310

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Balaxanı qəsəbəsində Novruz bayramı münasibətilə “Bahar festivalı” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkilləri Azər Allahverənov və Arzuxan Əlizadə , Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Sabunçu rayon təhsil və sosial xidmət müəssisələri tərəfindən hazırlanmış rəngarəng guşələrlə tanış olaraq məktəblilərin ifasında bayram əhval-ruhiyyəli çıxışları dinləyiblər.

Kəndirbaz və pəhləvanların cəsarətli çıxışlarını izlədikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Novruz tonqalını alışdırıb.

Konsert proqramında sevilən sənətçilərin ifasında səslənən şən musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.

Novruz personajları olan Kosa, Keçəl və Bahar qızı isə bayram tədbirinə daha da rəng qatıb.