Gəncədə gənclərlə görüş keçirildi

gencede-genclerle-gorus-kecirildi
Oxunma sayı: 760



"Qafqazinfo"ya daxil olan məlumata görə, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev çıxışında ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Gəncənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. 

Əldə etdikləri uğurlara görə prezident İlham Əliyevə gənclər adından dərin minnətdarlığını bildirib. Şəhər rəhbərliyinin hər zaman gənclərə kömək və dəstək göstərdiyini xüsusilə vurğulayıb. YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin geniş təşkilatçılığı ilə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində şəhər Partiya Təşkilatında mühüm tədbirlər həyata keçirildiyini, gənclərin səmərəli fəaliyyətə cəlb olunduğunu qeyd etdi.

Görüşdə həmçinin, Gənclər Birliyinin nəzdində yaradılmış Gənclik Mərkəzinin fəaliyyəti, strukturu, departamentlər, gənclərin Mərkəzdə könüllü çalışmaları ücün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Sonra gənclərin uğurlu və səmərəli fəaliyyətini əks etdirən videoçarx izlənilib və  Gənclər Birliyinin nəzdindəki “Cine Club”un yeni mövsümdə acılışı olub. Gənclərin istəyi ilə ən cox səs toplayan film nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdə 200 gənc iştirak edib.